1xeber.media xəbər verir ki, "The New York Times" (NYT) qəzeti bir neçə Avropa ölkəsindən olan diplomatlara və hərbi rəsmilərə istinadən xəbər verir ki, Avropa liderləri ABŞ Tramp administrasiyasının Qrenlandiya ilə bağlı son açıqlamalarından sonra panika içindədirlər.
Danimarka Baş naziri Mette Frederiksen uzun müddətdir ki, Trampın təhdidlərini ciddi qəbul etsə də, Ağ Evin Baş Qərargah rəisinin müavini Stiven Millerin sərt açıqlamaları onun ABŞ prezidentini Qrenlandiya üzərində nəzarəti ələ keçirmək istəyindən çəkindirmək üçün bir ildir davam edən səylərini puça çıxarıb. Bu açıqlamalar göz qabağında olan yorğun Frederikseni sarsıdıb və avropalı həmkarları arasında demək olar ki, panika yaradıb".
Daha əvvəl Miller Danimarkanın Qrenlandiya üzərində nəzarətinin legitimliyini şübhə altına almış və adanın ABŞ-ın bir hissəsinə çevrilməli olduğunu bildirmişdi. O, iddia edirdi ki, bu, ABŞ-ın Arktikada təhlükəsizliyi təmin etməsi və NATO-nun bölgədəki maraqlarını qorumaq üçün lazımdır.

















