1xeber.media “Military Chronicle”- istinadən xəbər verir ki, Kuraxovonun (DXR) mərkəzi obyektləri üzərində Rusiya bayraqları görünməyə başlayıb.“Şəhərin son tutulmasına qədər heç nə qalmayıb. Bundan sonra əsas sual Ukrayna Silahlı Qüvvələrinin qərbə doğru hansı müdafiə xəttini təşkil etməsi ilə bağlı olacaq”, - müəlliflər yazır.
Mövcud məlumatlara görə, Kuraxovo uğrunda gedən döyüşlər zamanı rus hərbçiləri şəhərin qərb hissəsində yerləşən şəhər şurasının binasına yaxınlaşıblar.
TASS yazıb ki, qəsəbədə hələ də müqavimət var.