İqtisadiyyat Naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının inkişafına tövhə verən ,biznes təmsilçisi "Fədə"MMC ilə bağlı paylaşım edib.Nazir özünün facebook sosial şəbəkəsində paylaşdığı video ilə ölkəmizdə qeyri neft sektorunun inkişafında xidmətləri olan biznes təmsilçiləriə dəstəyini göstərib.
1xeber.media sözügedən paylaşımı diqqətinizə çatdırır:
#Qeyrineft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri tətbiq etdikləri #innovasiya-lar, səmərəli texnologiyalar, istehsal mexanizmləri və xidmətlər vasitəsilə ölkəmizdə #iqtisadi artımın təmin edilməsində və #iqtisadiyyat-ın şaxələndirilməsində aktiv iştirak edirlər.
Belə #biznes təmsilçilərindən biri "Fədək" MMC-dir.
İxracyönümlü fəaliyyət göstərən şirkət xarici #ticarət platformalarında təmsil olunmaqla "Made in Azerbaijan" brendinin təşviqinə töhfələr verir.