Krasnodarda yerləşən Shtorm model agentliyinin amerikalı maliyyəçi və pedofil Ceffri Epşteynlə əlaqələri barədə məlumatlar hərtərəfli araşdırılmalıdır.
1xeber.media xəbər verir verir ki, Dövlət Dumasının deputatı Vitali Milonov bu fikri Gazeta.Ru ilə bölüşüb.
"Bu, mütləq araşdırılmalıdır. Əgər bu, həqiqətən də belədirsə, onda bu agentliyin direktoru model kimi harasa bir pozğun adaya göndərilməlidir", - deyə Milonov bildirib.
Parlament üzvü agentliyin rəhbərliyinin mümkün hərəkətlərini emosional qiymətləndirərək, "qızlarımızı fahişə kimi təmin etməyə" qadir olan hər kəsi alçaq adlandırıb.
Əvvəllər bildirilirdi ki, Shtorm model agentliyi ABŞ Ədliyyə Nazirliyi tərəfindən Epşteyn işi üzrə dərc edilmiş sənədlərdə qeyd olunub. Lakin dərc olunmuş sənədlər agentliyin hər hansı qanunsuz fəaliyyətdə iştirakına dair birbaşa dəlil təqdim etmir. Agentliyin direktoru Epşteynlə hər hansı əlaqəsini inkar edir.

















