ABŞ-niın vitse-prezidenti Ceyms Devid Vens Milan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcək.
1xeber.media APA-ya istinadla xəbər verir ki, o, Qış Olimpiya Oyunlarının açılış mərasimində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.
Prezident D.Tramp vitse-prezidentə Ermənistanla Azərbaycan arasında sülh sazişini hazırlamaq tapşırığı verib.
Xatırladaq ki, Qış Olimpiya Oyunlarının açılışı sabah İtaliyanın Milan şəhərində keçiriləcək.

















