
iOS 26.2.1 versiyasının buraxılmasından sonra "iPhone"un Face ID (üztanıma) biometrik sistemi bir çox smartfonda sıradan çıxıb.
1xeber.media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qeyd edilib ki, iOS 26.2.1 səbəbindən Face ID sensoru artıq düzgün işləmir və istifadəçini tanımır. Bu da cihazın kilidini açmaq üçün hər dəfə rəqəmsal kodu daxil etməyə məcbur edir.
Bəzi smartfon sahibləri biometrik kilid açma funksiyasının son dərəcə yavaşladığını bildiriblər.
Apple hələlik bu xəbərlərə cavab verməyib.

















