Qərb Cənubi Qafqazda təsirini gücləndirməyə çalışır .
1xeber.media xəbər verir ki,bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi bildirib.
“Qafqaz regionundakı vəziyyət xüsusi narahatlıq doğurur, çünki burada köhnə, həllini tapmamış ziddiyyətlər yeni geosiyasi çağırışlarla üst-üstə düşür.
Bu prosesə əhəmiyyətli dərəcədə Qərb ölkələrinin Cənubi Qafqazda öz təsirlərini möhkəmləndirmək cəhdləri də amil olur”, - deyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov brifinqdə bildirib.

















