Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC mehmanxana xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, satınalma Bakı şəhəri üzrə müxtəlif kateqoriyalı hotellərdə qonaqlama xidmətlərini əhatə edir. Ehtimal olunan ümumi məbləğ 366.900,00 manat təşkil edir.
Sənədlərə əsasən, satınalma çərçivəsində 5 ulduzlu və 4 ulduzlu hotellərdə təknəfərlik və ikinəfərlik standart otaqların, eləcə də delüks otaqların sifarişi nəzərdə tutulur. Hər bir xidmət üzrə 100 ədəd olmaqla, səhər yeməyi daxil 1 otaq x 1 gün prinsipi ilə qonaqlama planlaşdırılıb.
Belə ki, siyahıda Bakı şəhəri üzrə:
5 ulduzlu hotellərdə təknəfərlik standart otaqlar,
4 ulduzlu hotellərdə təknəfərlik standart otaqlar,
5 ulduzlu hotellərdə ikinəfərlik standart otaqlar,
4 ulduzlu hotellərdə ikinəfərlik standart otaqlar,
5 ulduzlu hotellərdə təknəfərlik delüks otaqlar,
4 ulduzlu hotellərdə təknəfərlik delüks otaqlar
və digər oxşar xidmətlər yer alıb.
Satınalmanın hansı tədbir və ya layihə çərçivəsində həyata keçiriləcəyi ilə bağlı məlumat açıqlanmayıb.

















