20.02.2026-cı il tarixdə Ağdam rayonunda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Göyüşov Qurban Ramazan oğlunun dəfn mərasimi baş tutub.
1xeber.media xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Başçının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Cənazə namazından sonra şəhid Quzanlı qəsəbə “Şəhidlər Xiyabanı”nda dəfn edilib, ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb. Dəfndən sonra “Şəhidlər Evi” mərasim evində ehsan süfrəsi təşkil edilmişdir. Qeyd edək ki, Göyüşov Qurban Ramazan oğlu 26.06.1974-cü il tarixdə Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. 12.03.1992-ci il tarixdə Ağdərə rayonunun Çıldıran kəndi ərazisində itkin düşmüşdür.
***
Birinci Qarabağ müharibəsidə itkin düşən hərbçi Qurban Ramazan oğlu Göyüşovun nəşinin qalıqları Ağdamın Quzanlı qəsəbəsində ailəsinə təhvil verilib.
1xeber.media xəbər verir ki, bu gün şəhidlə vida mərasimi keçirilib.
Mərasimdə şəhid ailələri üzvləri, müharibə iştirakçıları, rayon rəsmiləri və sakinlər iştirak ediblər.
Şəhidin qalıqları Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.



























