İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin Məşhəd, İsfəhan və Xürrəmşəhr şəhərləri yaxınlığında yerləşən üç hərbi hissəsində 128 ballistik raket döyüşə tam hazır vəziyyətə gətirilib.
Bildirilir ki, raketlər İsrail, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Küveyt və o cümlədən Qətərdə yerləşən ABŞ hərbi bazalarına zərbə endirmək üçün hazır vəziyyətdə saxlanılır.
Zərbələrin dördüncü dalğasının nə vaxt başlayacağı barədə hələlik dəqiq məlumat yoxdur - yalnız müxtəlif iddialar və ehtimallar mövcuddur.

















