1xeber.media xəbər verir ki, ABŞ qətiyyətli olduqda qlobal cinayətkarlar zəifləyir. Ukrayna Prezidenti Vladimir Zelenski özünün Telegram kanalında İrandakı vəziyyəti belə şərh edib.
Ukrayna liderinin sözlərinə görə, Yaxın Şərq və Körfəz bölgəsində hadisələr çox sürətlə inkişaf edir. O qeyd edib ki, İran xalqına terrorçu rejimdən qurtulmaq üçün şans vermək ədalətli olardı.
O yazıb: "Bizim mövqeyimiz hamıya məlumdur və Ukrayna bunu dəfələrlə, o cümlədən dünən də bildirib. Mümkün qədər çox insanın həyatını xilas etmək vacibdir. Müharibənin yayılmasının qarşısını almaq vacibdir. ABŞ-ın qətiyyətli olması vacibdir. Amerika qətiyyətli olduqda isə qlobal cinayətkarlar zəifləyir".
28 fevral səhəri İsrail İrana hücum edərək bunu "qabaqlayıcı" adlandırıb. "The New York Times" qəzetinin məlumatına görə, Tehrana edilən hücumlarda ABŞ iştirak edir. Bu arada "Əl-Cəzirə" ABŞ və İsrailin hücumlarının İslam Respublikasının təhlükəsizlik sistemini sarsıtmaq məqsədi daşıdığını açıqlayıb.

















