Ekstrasens, özünü "Instagram" fenomeni hesab edən Bayram Nurlu Milli Məclisin deputatı Elşən Musayevin rəhbərlik etdiyi Azərbaycan Demokratik Maarifçilik Partiyasına üzv qəbul edilib.
1xeber.media 32gun.az-a istinadla bildirir ki, bu barədə Jurnalist Zülfüqar Xeyirxəbər sosial şəbəkədə məlumat verib.
Jurnalist yarızarafatla qeyd edib ki, Bayram Nurlunun siyasətə gəlişindən sonra digər siyasi partiyaların fəaliyyəti artıq mənasını itirir:
"Bayram Nurlu aktiv siyasətə qoşulur. O, deputat Elşən Musayevin partiyasına üzv olub. Məncə digər partiyalar daha özünü buraxsın. Çünki, Bayramla rəqabətə girmək üşün adamın gərək güclü arxası olsun"-deyə X.Xeyirxəbər qeyd edib.

















