Ağ Ev İrana qarşı başladılan “Epik qəzəb” (“Operation Epic Fury”) hərbi əməliyyatının əsas strateji hədəflərini və əməliyyatdan olan yeni görüntüləri ictimaiyyətə açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə instaqramda paylaşım edilib.
Yayılan görüntülərdə əməliyyatın dörd əsas hədəfi maddələr şəklində sadalanıb.
Xatırladaq ki, fevralın 28-dən etibarən davam edən “Epik qəzəb” əməliyyatı çərçivəsində ABŞ və İsrail İranın müdafiə sistemlərini və SEPAH-ın komanda-nəzarət mərkəzlərini vurmağa davam edir. Rəsmi Tehran isə cavab olaraq regiondakı beynəlxalq koalisiya bazalarına qarşı raket zərbələrini intensivləşdirib.

















