1xeber.media xəbər verir ki, İran xəbər agentliyi IRIB News-un Telegram kanalında verdiyi məlumata görə, İsrail Livandakı İran səfirliyinə hücum edərsə, İsrail diplomatik nümayəndəlikləri Tehranın gələcək hücumları üçün potensial hədəfə çevriləcək.
"İndiyə qədər sionist rejimin səfirlikləri ilə maraqlanmamışıq, amma sionist rejim Livandakı səfirliyimizi hədəfə alsa, bütün səfirlikləri bizim üçün hədəfə çevriləcək", - deyə o bildirib.
Hərbi sözçünün sözlərinə görə, İran əvvəllər İsrail səfirliklərini yerləşdikləri ölkələrə hörmət əlaməti olaraq hədəfə almaqdan çəkinib.
CNN əvvəllər Səudiyyə Ərəbistanındakı ABŞ səfirliyinə iki pilotsuz təyyarənin, ehtimal ki, İrana məxsus təyyarələrin hücum etdiyini bildirmişdi. Zərbədə itki barədə heç bir məlumat verilməyib.

















