1xeber.media Rusiya səfirliyinə istinadən xəbər verir ki, Malta hakimiyyəti hücuma məruz qalan Rusiya qaz daşıyıcısı Arctic Metagas-ın heyətini təxliyə etməkdən imtina edib.
Diplomatik nümayəndəlik qeyd edib ki, "Malta tərəfinin məlumatına görə, hadisə onun axtarış-xilasetmə zonasından kənarda baş verib və buna görə də qəzaya uğramış gəminin heyətinin Malta ərazisinə təxliyəsi onun yurisdiksiyasından kənar hesab edilib".
Martın 3-də Rusiyanın Arctic Metagas qaz daşıyıcısı Malta ərazi suları yaxınlığında Ukraynanın pilotsuz qayıqları tərəfindən hücuma məruz qalıb. Qayıqlar Liviya sahillərindən suya endirilib. Gəmidə olan 30 Rusiya vətəndaşı Malta və Rusiya xilasetmə xidmətlərinin səyləri sayəsində xilas edilib.
Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik hücumla bağlı şərh verərək bildirib ki, Ukrayna Rusiya gəmilərinin istifadə etdiyi gəmi yollarını kəsməyə çalışır.

















