1xeber.media mənbələrə istinadən xəbər verir ki, Körfəz dövlətləri ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar aparmasından məyusluq və qəzəblərini ifadə ediblər.
"Hökumətlər ABŞ-ın müharibə aparmasından, xüsusən də 28 fevral şənbə günü İrana ilkin hücumdan məyusdurlar. Onlar ölkələrinin ABŞ və İsrailin hücumu barədə əvvəlcədən xəbərdar olmadığını və Vaşinqtonun müharibənin bütün region üçün dağıdıcı nəticələri olacağı barədə xəbərdarlıqlarına məhəl qoymamasından şikayətləndiklərini bildiriblər", - deyə iki ərəb ölkəsinin rəsmiləri bildiriblər.
Bundan əlavə, bir rəsmi bildirib ki, Yaxın Şərq ölkələri ABŞ ordusunun onları "kifayət qədər" qorumamasından "məyus və hətta qəzəbləniblər". O əlavə edib ki, regionda hərbi əməliyyatın İsraili və ABŞ qoşunlarını qorumağa yönəldiyi, Körfəz dövlətlərinin isə özlərini müdafiə etməli olduğu barədə bir fikir var.
2 martda Rusiya Prezidenti Vladimir Putin Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə telefon danışığı aparıb. Söhbət zamanı Rusiya lideri qeyd edib ki, Moskva İslam Respublikasına hücumları beynəlxalq hüququn kobud şəkildə pozulması hesab edir və bu, "İran xalqı üçün ağır və faciəli nəticələrə gətirib çıxarıb".

















