Kaliforniya qubernatoru Qevin Nyusom sosial şəbəkədə Putinin Trampı ipdə gəzdirdiyi süni intellektlə hazırlanmış şəkil paylaşıb.
1xeber.media xəbər verir ki,Nyusom X platformasında paylaşdığı görüntüdə Vladimir Putin Donald Trampı it kimi ipdə gəzdirirmiş kimi təsvir olunub.
Paylaşım ABŞ Maliyyə Nazirliyinin açıqlamasından sitatla müşayiət edilib.
Postda deyilir:
“Qurum qlobal enerji bazarlarında sabitliyi təmin etmək üçün qəti addımlar atır və qiymətlərin aşağı səviyyədə qalması üzərində işləyir. Eyni zamanda İranın terror rejimindən qaynaqlanan təhdid və qeyri-sabitliyə qarşı mübarizə aparır”.
Mətnin davamında həmçinin Rusiya neftinə qarşı bəzi sanksiyaların yumşaldılması barədə qeyd olunub.
Bildirilir ki, bu addımlar enerji təklifini artırmaq və mövcud tədarük kanallarının həcmini genişləndirmək məqsədi daşıyır.

















