Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırılıb.
1xeber.media bildirir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Xatırladaq ki, Nəsir Məmmədovun yarıtmaz fəaliyyəti haqda oktyabrın 20-də Globalinfo-da məqalə dərc olunmuşdu. Məqalədə mötəbər mənbələrə istinadla qeyd olunurdu ki, səfirlikdə hər il viza alverindən milyonlarla vəsait mənimsənilir. Söhbət viza rüsumunun 20 dollar olduğu halda səfirliyin saxta “vasitəçi şirkət”in əli ilə vizanı 500 dollara satmasından gedir. İl ərzində təxminən 5 min viza verilir ki, bu da yekunda 2-3 milyon dollar aralığında mənimsəmə olduğunu göstərir. Diqqət çəkən başqa məqam səfir N.Məmmədovun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın kürəkəni olmasıdır.Həmin yazını buradan oxuya bilərsiniz.
Globalinfo.az