1xeber.media yerli KİV istinadla xəbər verir ki,ABŞ vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Vaşinqton indi İranın nüvə silahı əldə etməyəcəyinə zəmanət vermək üçün “sərəncamımızda olan bütün vasitələrdən” istifadə etmək imkanına malikdir. O, Tehranın nüvə silahı hazırlamasının qarşısını almağın ABŞ-ın hazırkı siyasətinin əsas hədəfi olaraq qaldığını təsdiqləyib.
Vens əlavə edib ki, diplomatiya hələ də üstünlük verilən yol olsa da, İran nüvə potensialını artırmağa davam edərsə, hərbi və digər amillər masada qalır. O, ABŞ-ın dünyadakı “ən pis insanların” belə silaha sahib olmasını istəmədiyini xüsusi vurğulayıb.

















