Meksika Hərbi Dəniz Qüvvələri ötən gün Kubaya humanitar yardım aparan iki gəminin yoxa çıxdığı barədə məlumat yayıb.
1xeber.media “CBS News”-a istinadla xəbər verir ki, gəmilərin göyərtəsində müxtəlif millətlərdən olan heyət üzvləri olub.
İlkin məlumatlara görə, hər iki gəmi martın 20-də Meksikanın cənub-şərqindəki Kintana-Roo ştatının Isla-Muxeres adasından yola düşüb. Onlar bu həftənin çərşənbə axşamı və ya çərşənbə günü Kubanın paytaxtı Havanaya çatmalı idilər.
Gəmilərdə ABŞ-ın yanacaq tədarükünə tətbiq etdiyi embarqo səbəbindən Kuba sakinləri üçün zəruri olan ərzaq və digər mallar daşınırdı. Hazırda gəmilərin heç birindən SOS siqnalı daxil olmayıb.

















