1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri (USQ) Krıma pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum edib.
Nazirlik bildirib ki, Ukrayna dronları Moskva vilayətinə, eləcə də Belqorod, Kursk və Tula vilayətlərinə zərbə endirməyə cəhd edib. Nazirlik dəqiqləşdirib ki, ümumilikdə hava hücumundan müdafiə vasitələri Moskva vaxtı ilə saat 11:00-dan 20:00-dək Rusiya bölgələri üzərində 26 PUA-nı məhv edib.
Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus PUA-nın qalıqları Yaroslavldakı yaşayış binasının yaxınlığında düşüb. Şahidlərin sözlərinə görə, şəhər üzərində təxminən 10 partlayış səsi eşidilib. Xəsarət alan olmayıb.

















