Papa Fransisk "Ümid" adlı yeni kitabında 2021-ci ildə az qala öldürüldüyünü, lakin Britaniya kəşfiyyatının "sui-qəsdin qarşısını aldığını" söylədi.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 17-də “The Guardian” qəzeti mətnə istinadən məlumat yayıb.
"Roma Papası Fransisk üç il əvvəl İraqa səfəri zamanı onun həyatına cəhdlərin Britaniya kəşfiyyatı və İraq polisi tərəfindən qarşısı alındıqdan sonra intiharçı hücumundan xilas olduğunu bildirib", - materialda deyilir.
Pontifik hələ satılmamış "Ümid" adlı kitabında təhlükəsizlik riskləri və COVID-19 pandemiyası səbəbindən İraqa səyahət etməməyi tövsiyə etdiyini paylaşdı.
Lakin Papa səfəri ləğv etməkdən imtina edmişdi.