Dron hücumlarından sonra Leninqrad vilayətindəki Primorsk limanı rezervuar gücünün 40%-ni itirib
1xeber.media xəbər verir ki,bu barədə Reuters məlumat yayıb.
2026-cı il aprelin 2-nə aid Vantor şirkətinin peyk görüntülərinə görə, mart ayında Ukrayna dronlarının kütləvi hücumları nəticəsində Rusiyanın Baltik dənizindəki ən böyük ixrac qovşağı - Primorsk limanı - ümumi həcmi 400 min kubmetr olan ən azı səkkiz nəhəng rezervuarını itirib.
Bu, limanın bütün anbar gücünün təxminən 40%-ni təşkil edir. Həmin liman vasitəsilə dünya üzrə neft tədarükünün təxminən 1%-i - gündəlik 1 milyon barel - həyata keçirilir.
Mənbələrin bildirdiyinə görə, ciddi zərər görən səkkiz rezervuardan ikisi dizel yanacağının saxlanılması üçün istifadə olunurdu.

















