
Kiriyenko Ermənistan hakimiyyətinin nümayəndələrini görmək istəmir.
1xeber.media xəbər verir ki,“Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır ki, Ermənistan rəsmiləri Rusiya prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko ilə əlaqə saxlamağa cəhd ediblər, lakin rədd cavabı alıblar.
Nəşrin məlumatına görə, parlament sədri Alen Simonyan fevralda Moskvaya səfəri zamanı Kiriyenko ilə görüşməyə çalışsa da, ona imtina cavabı verilib.
Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan hökumət aparatının rəhbəri Araik Arutyunyanın Kiriyenko ilə görüşünü təşkil etməyə cəhd edib, lakin bu görüş də baş tutmayıb.

















