Ağ Ev rekord qıran 1,5 trilyon dollarlıq müdafiə büdcəsi təklifini açıqlayıb.
1xeber.meedia xəbər verir ki, Sənəd administrasiyanın rəsmi saytında dərc olunub.
“The New York Times” qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın Konqresə etdiyi sorğuda 2027-ci ildə Pentaqonun xərclərinin təxminən 40 faiz artırılması tələb olunur.
Sənəddə qeyd olunur ki, təklif olunan müdafiə xərclərinin artırılması bir çox daxili nazirliklərdə, o cümlədən iqlim, mənzil və təhsil proqramlarında 73 milyard dollarlıq xərclərin ləğvi ilə müşayiət olunur.
1 apreldə Tramp ABŞ-ın NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini açıqladı. O, alyansı “kağız pələng” adlandırdı və əlavə etdi ki, Rusiya prezidenti Vladimir Putin də “bunu bilir”.

















