Rusiya ordusunun itkiləri canlı qüvvə artımını üstələyir
1xeber.media yerli KİV istinadla xəbər verir ki,bu barədə Sırski danışıb.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin ali baş komandanı və ABŞ-ın Avropadakı qüvvələrinin komandanı general Aleksus Qrinkeviç ilə telefon danışığı zamanı bildirib ki, Rusiya ordusu döyüş itkilərini kompensasiya etməyə çatdırmır.
Sırskinin sözlərinə görə, o, müttəfiqinə cəbhədəki vəziyyət, Rusiya qoşunlarının əsas istiqamətlərdəki fəallığı, habelə Ukrayna Müdafiə Qüvvələrinin düşməni məhv etmək və əraziləri azad etmək istiqamətindəki fəaliyyəti barədə məlumat verib.
Söhbət zamanı tərəflər, həmçinin Avropa ölkələri və Kanadanın ABŞ-ın hərbi dəstəyini maliyyələşdirdiyi PURL proqramı çərçivəsində Ukraynanın prioritet ehtiyaclarını müzakirə ediblər.
















