Bu qədər adamın hamısı - içi mən qarışıq hazırda Nizami Tibb Mərkəzində travmatologiya otağının qarşısında travmatoloq Taleh Bayramlını gözləyirik.
1xeber.media xəbər verir ki,bu barədə facebook spsoal şəbəkəsində məlumat paylaşılıb.
Paylaşımda daha sonra bildirilir:
TƏBİB - in islahatlarının nəticəsini (daha doğrusu cəzasını) vətəndaşlar yaşayır.
Əgər mən ehtiyacım olan zaman tibbi xidmətdən istifadə edə bilməyəcəmsə, niyə tibbi sığorta üçün pul ödəyirəm?
Mən pensiya yaşına çatmayacamsa, niyə sosial sığorta ödəyirəm?

















