1xeber.media xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib, mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.

Görüş zamanı Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü, Strateji Tərəfdaşlıq Xartiyasının nəqliyyat və süni intellekt istiqamətləri üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, ölkəmizdə həyata keçirilən nəqliyyat infrastrukturu layihələri, süni intellekt, data mərkəzləri və digər prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirak imkanları nəzərdən keçirilib.

RİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLARRİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR