Fransa Prezidenti Emmanuel Makron mayın 5-də Ermənistana dövlət səfərinə yollanacaq.
1xeber.media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryanla Fransanın İrəvandakı səfiri Olivye Dekottinyenin görüşü zamanı açıqlanıb.
Xatırladaq ki, E.Makronun Ermənistana ilk səfəri 2018-ci ilin oktyabrında baş tutub.

















