“Bakı Metropoliteni” QSC-nin bəzi stansiyalarında sərnişin girişinə tətbiq edilən müvəqqəti məhdudiyyət fonunda paytaxtda yerüstü ictimai nəqliyyatda yaranan sıxlığın azaldılması üçün marşrut xətlərinə əlavə avtobuslar cəlb edilir.
Bu barədə "Yeni Sabah"ın sorğusuna cavab olaraq AYNA-dan bildirilib.
Qurumdan verilən məlumata görə, metro xətləri üzrə hərəkət edən bütün şəhərdaxili marşrutlara əlavə avtobusların buraxılması həyata keçirilir. Daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin xəttə çıxarılması ilə bağlı tapşırıq verilib.
Hazırda prosesin nəzarətdə saxlanıldığı və sərnişin sıxlığının tənzimlənməsi istiqamətində operativ tədbirlərin görüldüyü qeyd olunub.

















