1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Telegram-da verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri (UHQ) Krıma pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum edib.
Nazirliyin məlumatına görə, Kursk və Belqorod vilayətləri də zərbələrə məruz qalıb. Hava hücumundan müdafiə vasitələri Moskva vaxtı ilə saat 17:00-dan 20:00-dək ümumilikdə doqquz dronu məhv edib.
Daha əvvəl Rostov vilayətinin qubernatoru Yuri Slyusar dünən gecə Taqanroqda və bölgənin digər 11 rayonunda 40-dan çox dronun vurulduğunu bildirib. Heç kim xəsarət almayıb, lakin ziyan dəyib.

















