ABŞ-ın “USS Gerald R. Ford” aviadaşıyıcısı yaxın günlərdə Yaxın Şərqi tərk edəcək.
1xeber.media xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Çərşənbə günü etibarilə, “USS Ford”309 gün dənizdə olub ki, bu da müasir Amerika təyyarədaşıyan gəmisi üçün rekord müddətdir və bu da onun vəziyyətinə təsir göstərib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, bu qərar ABŞ-ın bölgədəki atəş gücünün əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olacaq.
Aviadaşıyıcının may ayının ortalarında Virciniyaya çatması planlaşdırılır.
Qeyd edək ki, “USS Gerald R. Ford” təmirdən sonra aprelin 18-də Qırmızı dənizə daxil olmuşdu.

















