Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) məxsus “Kurort” Qapalı Səhmdar Cəmiyyətində yoxlamaların başlandığı iddia olunur.
1xeber.media xəbər verir ki,Bizimesr.com-a daxil olan məlumata görə, yoxlamaların çoxsaylı şikayətlər və narazılıqlar, eyni zamanda mediada yazılan məlumatlarda fonunda aparıldığı deyilir.
Məlumata əsasən, yoxlamalar əsasən QSC-nin balansında olan müalicə mərkəzlərinin lisenziyaları, öncəki illərdə lisenziyadan kənar tibbi xidmətlərin göstərilib-göstərilməməsi və müəssisələrdə çalışan həkim heyətinin sertifikasiyası ilə bağlı ola bilər.
“Kurort” QSC-yə məxsus sanatoriyalarda çalışan bəzi həkimlərin sertifikasiyadan keçmədiyi, hətta onların arasında ümumiyyətlə həkim olmayan şəxslərin də “həkim” kimi fəaliyyət göstərdiyi iddia olunur.
Məsələ ilə bağlı rəsmi qurumlar və ya “Kurort” QSC tərəfindən hələlik açıqlama verilməyib.
Qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

















