Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin (ASB) sammitində (distant formatda) iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyənin vitse-prezidentinə görə minnətdarlığını bildirib.
1xeber.media-nın Reporta istinadən məlumatına görə, o, bunu sammitin yekununda mətbuata açıqlamasında deyib.
Paşinyan həmçinin sammitdə iştirak etmək üçün Ermənistana səfər etmiş Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza da təşəkkür edib.
"Bu gün bütün qitədən və onun hüdudlarından kənarda liderləri bir araya gətirən forum uğurla başa çatdı. Fürsətdən istifadə edərək sammitin təşkilində sıx əməkdaşlığa və tərəfdaşlığa görə Avropa İttifaqına səmimi minnətdarlığımı ifadə etmək istərdim... Mən həmçinin onlayn formatda iştirakına görə Azərbaycan Prezidentinə və sülh prosesləri və regional əməkdaşlıq baxımından iştirakına görə Türkiyənin vitse-prezidentinə minnətdaram", - o bildirib.

















