ABŞ Prezidenti Donald Tramp Çin səfərindən sonra İrana qarşı daha ciddi addımlar ata bilər.
1xeber.media xəbər verir ki, bu barədə “Axois” nəşri ABŞ mənbələrinə istinadən məlumat yayıb.
“Variantlardan biri “Azadlıq layihəsi” əməliyyatının bərpası ola bilər. Digər tərəfdən, ABŞ İran infrastrukturuna qarşı yeni əməliyyatlar başlatmaq imkanlarını da araşdırır.
İsrailli rəsmilər ABŞ hərbi əməliyyatı bərpa etmək qərarını verəcəyi təqdirdə, ölkələrinin əməliyyata tam hazır olacağını bildiriblər”, - nəşr qeyd edib.
Qeyd ki, ABŞ lideri Donald Tramp hazırda Çində səfərdədir.

















