"WUF13-də Azərbaycanın 79 şəhərinin hər biri barədə məlumat veriləcək, o cümlədən, onların Baş planları təqdim ediləcək".
1xeber.media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) bu təcrübələrini dünya ölkələri ilə bölüşəcək:
"Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda gördüyü işlər, əhalinin təhlükəsiz şəkildə doğma yurduna qayıtması dünya üçün maraqlı təcrübədir".

















