Samux rayonunda ənənəvi Ərik Festivalı keçirilib. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
1xeber.media xəbər verir ki,festival çərçivəsində yerli fermerlərin yetişdirdiyi müxtəlif ərik növləri, eləcə də ərikdən hazırlanan mürəbbə, kompot, şirə və digər məhsullar sərgilənib. İştirakçılar kənd təsərrüfatı məhsulları ilə tanış olub, rayonun aqrar potensialını əks etdirən stendlərə baxış keçiriblər.
Tədbirdə çıxış edənlər Samuxun ölkənin aparıcı meyvəçilik rayonlarından biri olduğunu vurğulayaraq, ərikçilik ənənələrinin qorunmasının və bu sahənin inkişafının əhəmiyyətindən danışıblar.
Festival sakinlər və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb, gün ərzində müxtəlif mədəni proqramlar və nümayişlər təşkil olunub.
















