Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov ilə həmin ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Muxtar Yerman arasında görüş keçirilib.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyi məlumat yayıb.
Görüş zamanı Muxtar Yerman Mərkəzi Seçki Komissiyasının sədri adından səfir Ağalar Atamoğlanova “Seçki orqanları sisteminin inkişafına verdiyi töhfəyə görə” medalını təqdim edib.
Səfir bu ali mükafata, göstərilən etimada və diqqətə görə minnətdarlığını bildirib. Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
















