1xeber.media xəbər verir ki, Ermənistan və ABŞ nümayəndələri erməni ərzaq məhsullarının Amerika bazarına ixracı ilə bağlı danışıqlar aparıblar. Bu barədə "İnterfaks" Vaşinqtondakı Ermənistan səfirliyinin açıqlamasına istinadən məlumat yayıb.
Müzakirələrdə Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan və ABŞ Kənd Təsərrüfatı Xarici Xidmətinin rəhbəri Daniel Uitli iştirak edib.
Görüş zamanı Ermənistandan kənd təsərrüfatı məhsullarının ABŞ bazarına tədarükü imkanlarına xüsusi diqqət ayrılıb. Diplomatik nümayəndəlikdən bildirilib ki, tərəflər həmçinin erməni ərzaq məhsullarının ABŞ-da tanıdılması və təşviqi məsələsini müzakirə ediblər.
Qeyd edək ki, Ermənistan ənənəvi olaraq kənd təsərrüfatı və ərzaq məhsullarının ixracında müxtəlif xarici bazarlarla əməkdaşlığı genişləndirməyə çalışır.
















