ABŞ-dakı Ermənistan səfiri Narek Mkrtçyanın qardaşı Mkrtiç Mkrtçyan narkotik və qanunsuz silahla saxlanılıb. Hadisənin gecə saatlarında Parakar şəhərində baş verdiyi bildirilir.
1xeber.media xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumatına görə, Mkrtiç Mkrtçyan dostu ilə birlikdə avtomobildə olarkən polis onlara yaxınlaşıb. Onun dostu qaçmağa müvəffəq olub, lakin yolüstü içində silah olduğu iddia edilən çantasını yerə salıb. Hüquq-mühafizə orqanları isə Mkrtiç Mkrtçyanın üzərindən narkotik vasitələr aşkarlayıb.
Qeyd edək ki, Narek Mkrtçyan avqustun sonunda ABŞ-a səfir təyin olunub. Bundan əvvəl o, Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsini icra edirdi.