1xeber.media xəbər verir ki, ABŞ-ın Responsible Statecraft (RS) jurnalı Ukrayna Prezidenti Volodimir Zelenskinin müdafiə naziri Mixail Fedorovu vəzifədən kənarlaşdırmaq qərarının Rusiyaya əlavə üstünlüklər verdiyini yazıb.
Nəşrin məqaləsində qeyd olunur ki, Qərb müşahidəçilərinin bəzən “Moskva üçün hədiyyə” adlandırdığı addımlar arasında məhz bu qərarın həmin qiymətləndirməyə uyğun gəldiyi bildirilib.
Məqalədə vurğulanır ki, vəzifəsindən azad edilən Fedorov Ukrayna hökumətindəki struktur problemləri dərk edən şəxslərdən biri olub. Nəşrin fikrincə, onun vəzifədən getməsi Zelenskinin siyasi nüfuzuna ciddi təsir göstərə bilər.
Bundan əvvəl Ukrayna liderinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin bildirib ki, Mixail Fedorov Zelenskinin komandasında fəaliyyətini davam etdirəcək. O qeyd edib ki, sabiq nazir üçün yeni vəzifə hələ müəyyənləşdirilməyib.

















