ABŞ Prezidenti Donald Tramp jurnalistlərin ona nə qədər tez-tez zəng etdiyini açıqlayıb.
1xeber.media xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.
Onun sözlərinə görə, media nümayəndələri ona orta hesabla hər 3,7 dəqiqədən bir zəng edirlər. ABŞ lideri bildirib ki, vaxtilə jurnalistlərlə ünsiyyəti asanlaşdırmaq məqsədilə telefon nömrəsini onlarla bölüşüb.
Tramp qeyd edib ki, Ağ Evə gəlməzdən əvvəl daşınmaz əmlak sahəsində fəaliyyət göstərdiyi dövrdə də mətbuatın davamlı müraciətlərinə öyrəşmişdi.
Qeyd edək ki, bundan əvvəl ABŞ mediası Donald Trampın 2028-ci il prezident seçkilərində vitse-prezidenti Cey Di Vensi mümkün varisi kimi dəstəklədiyini yazmışdı.
















