Rusiya Müdafiə Nazirliyi son sutka ərzində hava hücumundan müdafiə qüvvələrinin Ukraynaya məxsus 1060 pilotsuz uçuş aparatını məhv etdiyini bildirib.
1xeber.media xəbər verir ki, nazirliyin məlumatına görə, zərərsizləşdirilən pilotsuz uçuş aparatları təyyarə tipli olub.
Açıqlamada qeyd olunur ki, son 24 saat ərzində həmçinin Ukraynaya məxsus səkkiz idarəolunan aviasiya bombası da vurulub.
Bundan əvvəl Rusiya rəsmiləri Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətində yerləşən istirahət bazalarına hücum etdiyini bildirmişdi. İlkin məlumata görə, hadisə nəticəsində səkkiz mülki şəxs, o cümlədən iki uşaq həlak olub, daha 14 nəfər isə yaralanıb.
Qeyd edək ki, bu xəbərdə yer alan məlumatlar Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır. Ukrayna tərəfi bu məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyib.
















