Cəlilabadda ev yanıb: Hadisəyə qısaqapanma səbəb olub
Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.
1xeber.media xəbər verir ki,hadisə rayonun Elvin Şükürlü küçəsində baş verib. Vətəndaş Şifəliyev Raufa məxsus evdə qəfildən alovlanma başlayıb. İlkin ehtimallara görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadaları və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.
Hadisə nəticəsində ev yanıb, lakin xoşbəxtlikdən xəsarət alan və ya ölən olmayıb. Faktla bağlı araşdırma aparılır.














