1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazına nəzarətin Vaşinqtonun əlində olduğunu bəyan edib.
Tramp Fox News telekanalına müsahibəsində bildirib ki, hazırda boğazdan yalnız ABŞ-ın icazə verdiyi gəmilər keçir.
“Dəniz blokadası hazırda da davam edir və oradan yalnız bizim istədiyimiz gəmilər keçir. Hörmüz boğazına İran yox, biz nəzarət edirik”, – deyə ABŞ prezidenti vurğulayıb.
Xatırladaq ki, daha əvvəl İran parlamentinin sədri və ölkənin danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazının təhlükəsizliyinin bölgədə ABŞ hərbi qüvvələrinin olmamasından asılı olduğunu bildirmişdi.