Çinin xarici ticarəti 2026-cı ilin yanvar-iyul aylarında 30,13 trilyon yuana (təxminən 4,4 trilyon dollar) yüksəlib.
1xeber.media xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadən China Daily məlumat yayıb.
Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz çoxdur. Təkcə iyul ayında Çində idxal və ixrac əməliyyatlarının ümumi həcmi 4,66 trilyon yuan (təxminən 690 milyard dollar) təşkil edib ki, bu da illik müqayisədə 19,2 faiz artım deməkdir.
Məlumata görə, 2026-cı ilin ilk yarısında Çinin xarici ticarəti 16,9 faiz artaraq 25,47 trilyon yuana (3,76 trilyon dollar) çatıb. Bu dövrdə ixrac 13,4 faiz artaraq 14,73 trilyon yuan, idxal isə 22,1 faiz yüksələrək 10,74 trilyon yuan təşkil edib.
Həmçinin qeyd olunub ki, Çin ilə Rusiya arasında ticarət dövriyyəsi göstərilən dövrdə təxminən 25 faiz artıb.

















