2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatının sahəvi dinamikasında ən kəskin azalma tikinti sektorunda qeydə alınıb.
1xeber.media xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikinti sektorunda ciddi geriləmə baş verib.
Rəsmi göstəricilərə əsasən, 2025-ci ilin yanvar-iyun aylarında tikinti sektorunda 8,5 faizlik artım olduğu halda, 2026-cı ilin eyni dövründə sahə 13,0 faiz kiçilib. Bu göstərici ilə tikinti sektoru ilin ilk yarısında iqtisadiyyatın ən çox azalan sahəsi olub.
Qeyd edək ki, analoji dövr ərzində digər aparıcı sektorların böyük əksəriyyətində (nəqliyyat, ticarət, kənd təsərrüfatı, sənaye və İT) müsbət dinamika saxlanılsa da, məhz tikinti sahəsindəki 13 faizlik azalma ümumi iqtisadi göstəricilərə mənfi təsir edən əsas amillərdən birinə çevrilib.
yeni sabah

















