1xeber.media xəbər verir ki, türkiyəli politoloq Həsən Səlim Özertemin sözlərinə görə, Ukraynaya məxsus PUA-ların Qara dənizdə həyata keçirdiyi hücumlar Türkiyənin milli və iqtisadi təhlükəsizliyi üçün risk yaradır.
Ekspert bildirib ki, əsas təhlükələrdən biri Türkiyənin müstəsna iqtisadi zonasında mülki gəmilərin hücuma məruz qalması və enerji infrastrukturlarının zədələnməsidir.
Özertem qeyd edib ki, Ukrayna münaqişəsində Qara dənizdəki vəziyyət enerji bazarları üçün əlavə risk amilinə çevrilib.
Politoloqun fikrincə, Türkiyə NATO üzvü olmaqla yanaşı, Rusiya ilə münasibətlərini də qoruduğu üçün Moskva və Kiyev arasında danışıqlar üçün unikal platforma rolunu oynaya bilər.
Qeyd edək ki, Türkiyə XİN daha əvvəl Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin olunması üçün Rusiya və Ukraynanı tədbirlər görməyə çağırıb.

















