1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkənin Hərbi Dəniz Qüvvələrinə aviadaşıyıcılarda buxar katapultlarından istifadəyə qayıtmaq barədə göstəriş verib.
Bloomberg-in məlumatına görə, qərar yeni aviadaşıyıcıların konstruksiya həllərinə yönələn tənqidlərdən sonra qəbul edilib. ABŞ Hərbi Dəniz Qüvvələrinin bir sıra zabitləri elektromaqnit katapultlarından imtina edilməsini dəstəkləmir.
Trampın memorandumuna əsasən, müdafiə naziri Pit Heqset 60 gün ərzində növbəti Gerald R. Ford sinifli aviadaşıyıcıya buxar katapultlarının inteqrasiyası üzrə plan hazırlamalıdır.
Yeni gəminin Doris Miller adlanacağı və bu sinifdən altı aviadaşıyıcının inşa ediləcəyi bildirilib.

















