1xeber.media xəbər verir ki, portuqaliyalı futbolçu Kriştiano Ronaldo imicində etdiyi dəyişiklikdən sonra yeni görünüşünü nümayiş etdirib.
Futbolçu məşqdən görüntülərini paylaşaraq saçlarını qırmızımtıl-qızılı rəngə boyatdığını göstərib. Yeni görünüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Ronaldo-nun paylaşımı qısa müddətdə 9 milyondan çox bəyənmə və 126 minə yaxın şərh toplayıb. Azarkeşlərin bir qismi yeni saç düzümünü bəyəndiyini bildirib, digərləri isə onun əvvəlki görünüşünün daha yaxşı olduğunu yazıb.
Qeyd edək ki, Ronaldo bu yaxınlarda Georgina Rodriguez ilə evlənib.
















